Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Bakı ilə Vilnüs arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Litva Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, Azərbaycanın Litvaya yeni təyin olunmuş səfiri Tamerlan Qarayevi qəbul edib.
"Azərbaycan və Litva müəssisələri və vətəndaşları müxtəlif sahələrdə əməkdaşlıq edir, lakin iki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək lazımdır", - deyə nazir azərbaycanlı diplomatla görüşdə bildirib.
Tərəflər, həmçinin Cənubi Qafqazdakı vəziyyət və Litvanın Azərbaycan və Avropa İttifaqı arasında daha sıx əlaqələrdə maraqlı olmasını müzakirə ediblər.*
F.İsazadə