Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhendə Almaniya Federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə ikitərəfli əlaqələrin inkişafı və Qarabağ münaqişəsinin həllini müzakirə edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Tərəflər Almaniya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər”, - məlumatda deyilir.
E.Məmmədyarov Almaniya kanslerinin məsləhətçisinəbölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.
55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə tərəflər, habelə qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə ediblər. **
R.Babayev