Prezident İlham Əliyev və Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey bu gün nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bu gün Bakıda H.Hololeyi qəbul edib.
H.Hololey Azərbaycanın turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu qeyd edib.
Prezident İ.Əliyev Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü deyib.
“Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olunub, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov