Azərbaycan 2018-ci ilin yanvar ayında ərzaq məhsullarının idxalını 13,1% - $112,165 mln.-dək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 109,655 min ton (azalma 9,8%) buğdanın ($23 mln. 690,86 min), 32,11 min ton (artım 24,5%) meyvə-tərəvəz məhsullarının ($16 mln. 192,23 min), 5,043 min ton (artım 67,5%) ətin ($7 mln. 23,3 min), 12,869 min ton (artım 45,5%) bitki və heyvan mənşəli yağların ($10 mln. 259,76 min) payına düşüb.
2019-cu ilin yanvar ayında Azərbaycana $3 mln. 884,89 min dəyərində 717,97 ton kərə yağı (azalma 14,6%) idxal edilib.
Hesabat ayında Azərbaycana bütün idxalın 10,97%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova