2019-cu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin profisiti 828 mln. manat və ya hesabat ayı ərzində ÜDM-in 14%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 2 mlrd. 97,1 mln. manat (ötən ilin yanvar ayı ilə müqayisədə artım 12%), xərcləri 1 mlrd. 269,1 mln. manat (artım 5,6%) təşkil edib”, - Komitədən bildirilir.
Yanvar ayı ərzində Azərbaycanın nominal ÜDM-i 5 mlrd. 929,5 mln. manat təşkil edib.
Azərbaycanın 2019-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozu 23 mlrd. 168 mln. manat, xərcləri 25 mlrd. 190 mln. manat təşkil edir. Bu il dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov