2018-ci ildə Vergilər Nazirliyinin həyata keçirdiyi səyyar yoxlamarın nəticələri üzrə dövlət büdcəsinə ödənilən vergilərin əlavə həcmi 465,7 mln. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 1,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Ötən il nazirliyin səyyar yoxlamaları 1,707 min vergi ödəyicisini (2017-ci illə müqayisədə azalma 3,4 dəfə - İF) əhatə edib. Yoxlamarın sayının azalmasına baxmayaraq, bir yoxlama üzrə əlavə vergilərin həcmi artıb. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə - 273,5 min manatadək artıb”, - nazirlikdən qeyd ediblər.
Aparılan yoxlamalar zamanı 1,703 min vergi ödəyicisində müəyyən pozuntular aşkar edilib.
“Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 465,7 mln. manat təşkil edib”, - nazilrikdən vurğulanıb. **
Ə.Məmmədov