Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanla bir sıra hökumətlərarası sazişi təsdiq edib. Bu barədə cümə axşamı dövlət başçısının saytında məlumat verilir.
Belə ki, İ.Əliyev Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədla 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edib.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında” sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında” sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” sazişi təsdiq edib.
Bundan əlavə, prezident “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” sazişi təsdiq edib. **
R.Babayev