21.02.2019 18:20

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 1 mln. manat ayrılıb

Prezident İlham Əliyev dövlət büdcəsindən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

Vəsait Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsinə, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunmasına yönəldiləcək.

Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.

Müvafiq sərəncam fevralın 21-də dövlət başçısının saytında dərc olunub.*

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.