Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüquq çərçivəsində siyasi həll tapmaq lazımdır. Bunu Avropa İttifaqının sədri Donald Tusk deyib.
“Əminik ki, status-kvo uzun müddət davam edə bilməz, münaqişənin beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq zəruridir”, - D.Tusk bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə brifinqdə bildirib.
Avropa İttifaqının sədri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi məsələsinə dair “iki tərəfin danışıqlar prosesi və əlaqələri ümidvericidir”. **