Bu gün səhər saatlarında Stavropol diyarı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində həlak olan 6 nəfər Azərbaycan vətəndaşıdır. Bu barədə "İnterfaks-Cənub"agentliyinə məlumatlı mənbə xəbər verib.
"İlkin məlumatlara görə, qəza qurbanlarının hamısı Azərbaycan vətəndaşıdır", - deyə mənbə bildirib
Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin regional idarəsindən verilən məlumata görə, qəza saat 6:30-da “Qafqaz” yolunun 252 km-də (Nevinnomısk şəhəri yaxınlığında) baş verib.
"QAZ-66" markalı avtomobilin “Mercedes Vito” markalı avtomobillə toqquşması nəticəsində 5 nəfər hadisə yerində həlak olub.
Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin dəqiqləşdirilmiş məlumatına görə, qəza nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.*