Xaçmaz rayonunda yanğın nəticəsində ata və oğlu həlak olublar. Bu barədə FHN-in saytında məlumat verilir.
“Xaçmaz rayonunun Yalama kəndində bir otaqlı evdə yanğın baş verib. Nəticədə, Əjdər Qədirov və 2013-cü il təvəllüdlü oğlu Taleh Qədirov həlak olublar”, - məlumatda qeyd olunur.
Onların yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. **
R.Babayev