Azərbaycan prezidenti İlham Əliyev martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev Şamaxı şəhərinin Salman Mümtaz, Teymur Əliyarbəyov, Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçələrində yeni tikilmiş evlərdə yaradılan şəraitlə tanış oldu”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub.**
R.Babayev