Azərbaycan prezidenti İlham Əliyev martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün dördmərtəbəli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Yeni yaşayış binası 44 mənzildən ibarətdir.
Həmin gün İ.Əliyev Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Xəbər verildiyi kimi, Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub.**
F.İsazadə