Vergilər Nazirliyi tərəfindən 2018-ci ildə aparılan kameral yoxlamalar nəticəsində təsərrüfat subyektlərinə ümumilikdə 431,7 mln. manat məbləğində əlavə vergi hesablanıb ki, bu da 2017-ci ilin göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“2018-ci ildə kameral yoxlamalar nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları 167,8 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,9% azdır”, - deyə məlumatda qeyd edilir.
Cari ildə Tax Free sistemi çərçivəsində müştərilərə 2 mln. 395,6 min manat qaytarılıb ki, bu da 2017-ci ilin göstəricisindən 17,5% çoxdur. Bu sistemin tətbiq olunduğu 2016-cı ildən etibarən fiziki şəxslərə 5 mln. 123,9 min manat qaytarılıb.*
Ə.Məmmədov