Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatında hər hansı bir dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.
"Ənənələrə uyğun olaraq aparılan və konkret nəticələrə gətirib çıxara bilən bir proses var. Əlbəttə, Ermənistan hökuməti formatları müəyyən etməlidir. Lakin danışıqlar formatında hər hansı bir dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır", - deyə o, bu gün Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla birgə brifinqdə bildirib.
"Biz bu məsələlərin müzakirəsinə kifayət qədər vaxt ayırdıq. Əminəm ki, Ermənistan hökuməti danışıqları müvafiq və ya mövcud formatda davam etdirmək üçün düzgün formula malikdir", - deyə ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib.*