"AccessBank" 2018-ci ildə 216 mln. manat (cari məzənnə ilə $127 mln.) məbləğində mikrobiznes krediti verib. Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
"2018-ci ildə bank tərəfindən 216 mln. manat məbləğində mikrokredit verilib ki, bu da Azərbaycanda verilən mikrobiznes kreditlərinin 57%-ni təşkil edir. Bunun 70 mln. manatı aqrobiznesə verilmiş kreditlərin payına düşür", - deyə A.Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib ki, 2015-ci ildə baş vermiş devalvasiyaya baxmayaraq, bank filial bazasını qoruyub saxlaya bilib ki, bu da regionlarda aqrobiznesə göstərilən dəstəyi davam etdirməyə imkan verib.
“AccessBank Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir.*
Ə.Məmmədov