Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əməjdaşlığa dair bir sıra ikitərəfli sazişlər imzalandı. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sənədlər Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə cümə axşamı Bakıda keçirilən ikitərəfli görüşünü yekunlarına dair imzalanıb.
Xüsusilə, tərəflər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar. Həmçinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu” imzalanıb.
Görüşdə İ.Əliyev və M.Ə.Qani ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi apardılar.
“İ.Əliyevin rəyinə görə, Əfqanıstan prezidentinin səfəri iqtisadi, ticarət, enerji, həmçinin nəqliyyat sahəsində ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradır”, - məlumatda qeyd edilir.
Prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.
M.Ə.Qani Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi. **
R.Babayev