Azərbaycan gömrükçüləri 9,5 mln. manat ($5,59 mln.) məbləğində psixotrop maddənin tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
"DAF" markalı yük nəqliyyat vasitəsi ilə keçirilən yükün arasında 12 ədəd karton qutuda 56 kq 363 qram metamfetamin aşkar olunub. Aşkar olunan metamfetaminin "qara bazar"da dəyəri 9 milyon 500 min manat təşkil edir”, - məlumatda deyilir.
Psixotrop maddələr İran İslam Respublikasının Astara şəhərindəki "Pardis Ceram Pajh CO" şirkətinə məxsusu avtomobildə keçirilib və Ukraynanın "Architectuar Decor" şirkəti üçün nəzərdə tutulmuşdu.
“Qanunsuz yükü kinoloji xidmət itinin tətbiqi və avtomobil stasionar rentgen qurğusundan sonra açkar etmək mümkün olub”, - məlumatda vurğulanır. **
R.Babayev