Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç prezident İlham Əliyevi Sarayevoya rəsmi səfərə dəvət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Ş.Caferoviç bu gün Bakıda İ.Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini və Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunduğunu deyib.
Dövlət başçısı Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirib, Bakı və Sarayevo arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.*
Ə.Məmmədov