2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda inflyasiya 0,8% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
"Cari ilin yanvar-fevral aylarında inflyasiya 0,8% təşkil edib. Qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2,1%, qeyri-ərzaq məhsulları üzrə 0,2% artıb, xidmətlər üzrə isə 0,6% aşağı düşüb”, - deyə məlumatda bildirilir.
AMB-nin qiymətləndirmələrinə görə, yanvar-fevral aylarında inflyasiya mövsümi amillərlə əlaqədardır.
2019-cu ilin fevral ayının sonuna orta illik inflyasiya 1,9% təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% bəndi azdır.
Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ildə respublikada orta illik inflyasiya 2,3% təşkil edib.*
A.Əzizov