2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $430 mln. 512,08 min təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,4%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Yanvar-fevral aylarında Azərbaycan Rusiyaya $88 mln. 735,87 min dəyərində (artım 6%) məhsul ixrac edib. Bütövlükdə, cari ilin yanvar-fevral aylarında Azərbaycandan ixracın 2,82%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-fevral aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $251 mln. 776,22 min (artım 3,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 11,63% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $163 mln. 40,35 min təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
N.Abbasova