2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 578,1 mln. manat və ya ÜDM-nin 5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 3 mlrd. 532,9 mln. manat (ötən ilin yanvar-fevral ayları ilə müqayisədə artım 10,1%), xərcləri 2 mlrd. 954,8 mln. manat (artım 12,7%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Yanvar-fevral aylarında Azərbaycanda ÜDM-nin nominal həcmi 11 mlrd. 484,5 mln. manat təşkil edib.
Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov