Prezident İlham Əliyev əmindir ki,“OPEC plus” ölkələrinin Bakı iclası neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcək. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezident İ.Əliyev bu gün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdə “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə edib”, - deyə məlumatda bildirilir.
M.Barkindo “OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini deyib.
Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.*
R.Babayev