Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“XİN başçısı turne çərçivəsində Çili, Argentina, Uruqvay və Paraqvaya səfər edəcək”, - deyə məlumatda bildirilir.
E.Məmmədyarov bu ölkələrdə ikitərəfli görüşlər keçirəcək, Buenos-Ayres şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirak edəcək.*
R.Babayev