Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih OPEC+ sazişinin neft bazarına müsbət təsir göstərəcəyinə ümid edir.
“OPEC+ sazişinin neft bazarına təsiri məsələsinə nikbin yanaşıram. Biz bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovla müzakirə etdik”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Xalid Əbdüləziz Əl Falih, həmçinin Azərbaycanın OPEC+ çərçivəsində razılaşmaları yerinə yetirəcəyinə əminliyini ifadə edib.
"2019-cu ilin ilk 2 ayında Azərbaycan hasilatı sövdələşmədə müəyyən olunmuş səviyyəyədək azaltmayıb. Lakin P.Şahbazov məni əmin edib ki, sazişin şərtləri yerinə yetiriləcək”, - deyə nazir qeyd edib.
O deyib ki, Azərbaycan OPEC+ sazişinin bağlandığı ilk gündən etibarən onun ən fəal iştirakçılarından biri olub və neft bazarının sabitləşməsi üçün əlindən gələni edib.*
N.Abbasova