Rusiyanın energetika naziri Aleksandr Novak “OPEC+” ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinin iclasında iştirak etməyəcək.
"Təəssüf ki, sabah keçiriləcək iclasda iştirak etməyəcəm”, - deyə A.Novak jurnalistlərə bildirib.
Rusiyalı nazir bu vaxta qədər komitənin heç bir iclasını buraxmayıb. İclasda RF-nin maraqlarını nazir müavini Pavel Sorokin təmsil edəcək.
A.Novakın sözlərinə görə, o, Bakıda Səudiyyə Ərəbistanı, Azərbaycan və İraqdan olan həmkarları ilə görüşlər keçirib.*