2019-cu ilin yanvar ayında Azərbaycana 109,7 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 9,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $23 mln. 690,9 min (artım 9,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $11 mln. 937,7 min dəyərində (artım 2,3 dəfə) 31,535 min ton şəkər xammalı və şəkər (artım 2,7 dəfə), $8 mln. 139,7 min dəyərində (artım 20,4%) 11,16 min ton bitki yağı (artım 52,8%), $2 mln. 454,7 min dəyərində (azalma 40,9%) 708,8 ton çay (azalma 33,7%), $3 mln. 884,9 min dəyərində (azalma 21,3%) 718 ton kərə yağı və süd (azalma 14,6%) idxal edilib.
Bundan əlavə, yanvarda respublikaya $2 mln. 719,6 min dəyərində (artım 20,1%) 925,5 min ton iribuynuzlu heyvan əti (artım 19,2%), $3 mln. 785,9 min dəyərində (artım 2,2 dəfə) 3,723 min ton quş əti və ondan hazırlanan məmulatlar (artım 2,2 dəfə) idxal olunub.
2019-cu ilin yanvar ayında respublikaya $8 mln. 434,1 min dəyərində (artım 13,1%) 9,063 min ton meyvə (azalma 2%), $964,9 min dəyərində (artım 32%) 1,651 min ton tərəvəz (artım 21,6%), $4 mln. 957,5 min dəyərində (artım 1,9 dəfə) 19,794 min ton kartof (artım 42,3%) idxal edilib.
Hesabat ayında ölkədən $12 mln. 543,7 min dəyərində (artım 39,2%) 15,278 min ton tərəvəz (artım 1,8 dəfə), $30 mln. 621 min dəyərində (artım 18,6%) 31,752 min ton meyvə (artım 25,4%) ixrac edilib.
Bundan əlavə, yanvarda Azərbaycandan $980,6 min dəyərində (artım 1,8 dəfə) 2,086 min ton şəkər (artım 2,4 dəfə), $205,8 min dəyərində (azalma 53%) 155,1 min ton bitki yağı (azalma 59,7%) ixrac edilib.
Həmçinin yanvarda Azərbaycandan $471,1 min dəyərində (azalma 31,5%) 351,1 min ton meyvə və tərəvəz şirələri (azalma 31,6%), $563,8 min dəyərində (аrtım 1,6%) 40,2 min dekalitr təbii üzüm şərabı və üzüm suslosu (artım 1,7 dəfə), $382,8 min dəyərində (аrtım 3,1%) 294,4 min ton meyvə və tərəvəz konservi (artım 20,5%) ixrac edilib.**
B.Rüstəmbəyov