Azərbaycan 2019-cu ilin yanvar-fevral aylarında ərzaq idxalını 18,8% - $245,701 mln.-dək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 249,932 min ton (artım 16,1%) buğdanın ($55 mln. 438,81 min), 70,07 min ton (artım 14,7%) meyvə-tərəvəz məhsullarının ($36 mln. 359,98 min), 9,141 min ton (artım 55,9%) ətin ($12 mln. 615,31 min), 27,751 min ton (artım 10,3%) bitki və heyvan mənşəli yağların ($21 mln. 922,76 min) payına düşüb.
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana $9 mln. 218,22 min dəyərində 1 min 797,7 ton kərə yağı (artım 5,4%) idxal edilib.
Hesabat aylarında Azərbaycana bütün idxalın 11,34%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova