20.03.2019 15:44

Prezident Əliyev Nazarbayevin Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərə töhfə verdiyini qeyd edir

Prezident İlham Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmindirlər. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib. Dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Prezident İlham Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb”, - deyə məlumatda bildirilir.

Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə İlham Əliyevə minnətdarlığını bildirib.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.