Prezident İlham Əliyev martın 29-da Vyanada Avstriya Respublikasının federal kansleri Sebastian Kurts ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
S.Kurts öz “Twitter” səhifəsində yazıb ki, danışıqlar uğurlu olub. “Prezident İlham Əliyevlə Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bugünkü danışıqlar çərçivəsində uğurlu fikir mübadiləsi apardıq. Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir, Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən iri ticarət tərəfdaşıdır. Mən, həmçinin söz azadlığının müdafiəsi (Azərbaycanda – İF) sahəsində gələcək irəliləyişə dəstək ifadə etdim”, - deyə o yazıb.*
Ə.Məmmədov