Bazar ertəsi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Bazar ertəsi Qaradağ rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb”, - “İnterfaks-Azərbaycan”a nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
“Yol qəzası nəticəsində dirəyə çırpılan avtomobilin sürücüsü, 65-68 yaşlı kişi dünyasını dəyişib. Onun sərnişini, o cümlədən ikinci asvtomobildə olan iki qadın və bir kişi müxtəlif xəsarətlər alıb”, - S.Əhmədova bildirərək qeyd edib ki, hər dörd nəfər xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. **
R.Babayev