Böyük Britaniya kraliçası Ceyms Şarpı Azərbaycana səfir təyin edib. Bu barədə Böyük Britaniya hökumətinin məlumatında deyilir.
Kraliça II Yelizaveta C.Şarpı Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. C.Şarp 2019-cu ilin iyul ayında Ferol Kroftsu bu postda əvəz edəcək.
C.Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir, krallığın Qazaxıstandakı səfiri və Qırğızıstanda qeyri-rezident səfiri olub, eləcə də Səudiyyə Ərəbistanı və Honkonqda çalışıb.*
F.İsazadə