Dövlət Toxum Fondu toxum emal zavodunun tikintisini başa çatdırıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
“Zavod Xaçmaz rayonunun Qaraçayçək kəndində tikilib. Zavodda Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən toxumçuların istehsal etdikləri toxum emal ediləcək”, - deyə məlumatda qeyd olunur.
Zavod iyunun 1-də fəaliyyətə başlayacaq.
Xaçmaz toxum emalı zavodu saatda 5 ton toxum emal etmək gücünə malikdir.
“Müəssisə mövsüm dövründə 4 min tondan çox toxum emalını həyata keçirməklə, regionda istehsal olunan toxum materialının 20%-dən çoxunu təmizləyib toxumçuların istifadəsinə verəcək”, – deyə məlumatda vurğulanır.
Kənd Təsərrüfatı Nazirliyinin qiymətləndirmələrinə görə, toxum emalı zavodunun üstünlüyü həm də emalın daha az itkiyə səbəb olması və yüksək məhsuldarlıq təklif etməsidir. Müəssisə təqdim edilən toxum materialından 90%-dən çox məhsul əldə etməyə imkan verir.*
B.Rüstəmbəyov