Azərbaycanın karbohidrogen ixracından asılılığı yüksək olaraq qalır. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Marina Stefani belə hesab edir.
"Azərbaycan indiyədək karbohidrogen ixracından çox asılıdır, bu rəqəm 80%-dən çoxdur və əsasən neft ixracının payına düşür", - deyə M.Stefani bu gün “Fitch”in Bakıda keçirilən Azərbaycan üzrə illik konfransında bildirib.
Onun fikrincə, Azərbaycandan xidmət ixracı hələ aşağı səviyyədədir və "əsasən turizmdən asılıdır".*
Ə.Məmmədov