2019-cu ilinI rübündə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 22,3 mln. manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“143 sahibkarın ümumi dəyəri 84,5 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 22,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 750-dən çox iş yerinin yaradılmasına imkan verir”, - deyə məlumatda bildirilir.
Güzəştli kreditlərin 67,3%-i aqrar sektorun, 32,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov