Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Səudiyyə Ərəbistanın Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşü zamanı "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb”, - məlumatda deyilir.
Görüşdə iki ölkənin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. **
R.Babayev