Beynəlxalq Valyuta Fondu 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırır. Bu barədə Fondun dərc etdiyi World Economic Outlook aprel ayının icmalında qeyd olunur.
2018-ci ilin oktyabr ayında VBF cari il üçün Azərbaycanda ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırırdı.
Fondun qiymətləndirmələrinə əsasən, 2020-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,1%-dək azalacaq.
Fondun proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in artımı 1,7% təşkil edəcək.
2019-2020-ci illıərdə Azərbaycanda inflyasiya 2,5% təşkil edəcək. Fond 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırır.
BVF 2019-cu ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 11,7% (oktyabr proqnozu - ÜDM-in 8,1%-i), 2020-ci ildə - ÜDM-in 13,3%, 2024-cü ildə - ÜDM-in 12,8% səviyyəsində proqnozlaşdırır.
2019-2020-ci illərdə Azərbaycanda işsizlik göstəricisi 5% səviyyədə qalacaq.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin artımını 3,6%, 2020-ci ildə - 3,8%, cari il orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4%, inflyasiya 2,3% artıb, tədiyə balansının profisiti - ÜDM-in 12,2%-ni təşkil edib. **
Ə.Məmmədov