Cari ilin birinci yarısında Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Cari ilin birinci yarısında Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclasin tarixi və gündəliyin dəqiqləşdirilməsi üzərində çalışırıq”, - agentliyin həmsöhbəti bildirib.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın son iclası 20 dekabr 2011-ci il Tbilisidə keçirilib. **
F.İsazadə