Bakı şəhərinin Nizami rayonunda Səhiyyə Nazirliyinin balansında olan üçmərtəbəli xəstəxana binasının 3-cü mərtəbəsində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Məcburi köçkünlərin məskunlaşdığı binanın 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları yanıb”, - deyə məlumatda bildirilir.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub”, - deyə məlumatda qeyd olunur.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.*
R.Babayev