İyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) məlumatında deyilir.
“Forumda Azərbaycan və Aİ-dən rəsmi şəxslər və şirkətlər iştirak edəcək. Tədbirdə sənayenin mühüm sahələri, biznes imkanları və problemləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunur.
Biznes forumda Azərbaycanda iqtisadi islahatlarla bağlı yeni perspektivlər təqdim olunacaq.
“Kənd təsərrüfatı, kommunikasiya və turizm sektorları üzrə panel müzakirələrin aparılması planlaşdırılıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan-Aİ biznes forumu Bakıda ildə bir dəfə keçirilir.*
Ə.Məmmədov