Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları Dağlıq Qarabağda gərginliyin azalması tədbirlərini müzakirə ediblər. Bu barədə RF XİN-dən məlumat verilib.
“Aprelin 15-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları – Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın iştirakı ilə işçi görüşü keçirilib”, - XİN-in saytında dərc olunan məlumatda deyilir.
Həmçinin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşık iştirak edibər.
“Münaqişə zonasında gərginliyin azalması üzrə gələcək tədbirlər, həmçinin humanitar sahədə mümkün qarşılıqlı əlaqələrə dair fikir mübadiləsi aparıldı”, - RF XİN-dən bildiriblər.
Görüşün yekunlarına dair birgə bəyanat qəbul olunub.
Azərbaycan və Ermənistan XİN başçılarının bəyanatında tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinə dair səyləri davam etdirmək niyyətini təsdiq ediblər.
XİN-in saytında dərc olunan bəyanatda qeyd olunur ki, tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı işləri zamanı vəziyyətin gələcəkdə stabilləşməsində maraqlıdırlar.
O cümlədən, Azərbaycan və Ermənistan XİN başçıları tərəflərin ərazisində dustaq olan şəxslərə qarşılıqlı əsasda qohumların buraxılmasına ilə bağlı tədbirlər həyata keçirməyə dair şərt kəsiblər.
“Nazirlər KİV nümayəndələrinin qarşıllıqlı səfərləri daxil olmaqla, insanlar arasında əlaqələrin təşkilinə dair praktiki işə hazır olduqlarını ifadə ediblər. Görüş iştirakçıları yaxın gələcəkdə əlaqələri davam etdirməyə dair razılığa gəliblər”, - RF XİN-dən əlavə ediblər. **