2019-cu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin profisiti 403,8 mln. manat və ya hesabat dövründə ÜDM-in 2,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 5 mlrd. 439,7 mln. manat (ötən ilin I rübünün göstəricisi ilə müqayisədə artım 19,2%), xərcləri 5 mlrd. 35,9 mln. manat (artım 14,2%) təşkil edib.
I rübdə Azərbaycanın nominal ÜDM-i 18 mlrd. 111,7 mln. manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov