2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana 68,424 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 1,7 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-fevral aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $21 mln. 210,1 min (artım 1,7 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $1 mln. 101,9 min dəyərində (azalma 47,5%) 5,488 min ton sement və sement klinkeri (azalma 47,2%) idxal edilib.
Yanvar-fevral aylarında respublikaya $7 mln. 450,8 min dəyərində (azalma 8%) 6,261 min ton (artım 23,8%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $31 mln. 647,9 min dəyərində 44,551 min ton metalyayma məhsulu (artım 1,3%), $9 mln. 456,9 min dəyərində 17,196 min ton qara metaldan hazırlanan çubuqlar (artım 0,9%), $5 mln. 95 min dəyərində 7,151 min ton qara metaldan hazırlanan günyə (artım 34,5%), $38 mln. 311,5 min dəyərində 23,85 min ton qara metaldan hazırlanan boru (azalma 24,7%) idxal edilib.*
B.Rüstəmbəyov