Prezident İlham Əliyev bu gün Bakıda İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmanini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
R.Rəhmani aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində avtobus və qoşqu istehsalı üzrə Azərbaycan-İran birgə müəssisəsinin təməlqoyma mərasimində və Bakıda “Çinar Plaza”da İran Ticarət Mərkəzinin açılışında iştirak edəcək.
Bundan başqa, R.Rəhmaninin səfəri çərçivəsində Azərbaycan-İran ticarət forumu da keçiriləcək.*
F.İsazadə