Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Vergi Məcəlləsinə kəpək istehsalı və satışının 2 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Dəyişikliklərə əsasən kəpək istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilir, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına güzəştin müddəti isə əlavə olaraq 1 il – 2021-ci ilədək uzadılır.
Bu güzəştlərin tətbiqi buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlib.**
Ə.Məmmədov