Azərbaycan prezidenti İlham Əliyev Vladimir Zelenski Ukraynanın prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - təbrik məktubunda deyilir.
Azərbaycan prezidenti V.Zelenskiyə möhkəm cansağlığı, qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb. **
F.İsazadə