7 may 2019-cu il tarixində Azərbaycan və Almaniya XİN-lərarası məsləhətləşmələr keçirəcək. Bunu Almaniyanın Bakıdakı səfiri Mixael Kindsqrab deyib.
“Mayın 7-də Bakıda məsləhətləşmələr keçiriləcək. Bununla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mixael Zibert Azərbaycana səfər edəcək”, - M.Kindsqrab Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mayın sonunda Almaniyanın parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək. **
F.İsazadə