Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadi hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.*
F.İsazadə