Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olub.
“Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək 10-a yaxın hərbi şəhərcik istifadəyə veriləcək”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər hərbi obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.*
F.İsazadə