Bu gün Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yerli KİV-lər xəbər verir.
“Aeroport yolunda, "Buta Palace" yaxınlığında kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 nömrəli sərnişin avtobusuna çırpılıb”, - deyə məlumatda Bakı Nəqliyyat Agentliyinə istinadən bildirilir.
Dəqiqləşdirilmiş məlumatlara görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla 27 nəfər xəsarət alıb.
3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun sözlərinə görə, hazırda xəstəxanada 10 nəfər müalicə edilir, xəsarət alanlardan 17 nəfəri evə buraxılıb.*
R.Babayev